Deputatdan

Deputatdan "Qarabağ"a çağırış: "Traxtor"un futbolçusunu transfer edin!"

"Traxtor"un oyunçusu Mehdi Bəbri "Barış Pınarı" hərəkatına dəstək məqsədilə "Instagram" səhifəsində türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılmış və bu paylaşımı silməyə məcbur edilmişdir”.

Qaynarinfo xəbər verir ki, bu fikri deputat Fazil Mustafa səsləndirib.

"Bu, İranın daxili işi olduğuna görə həmin qərara şərh vermək istəməzdim. İndi buyursun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öndə gələn klublarına müraciət etsin ki, "Traxtor"un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər. Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Bəbir Mehdi də sözbəsöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və Türk üçün oynayacaq!!! Bunun Türk əsgərinə və bütövlükdə Türk millətinə gətirəcəyi mənəvi ruh yüksəkliyini izah etməmizə gərək varmı? Yeri gəlmişkən, bunu "Qarabağ" da edə bilər. "Qarabağ"ın büdcəsi azdır deyə, bu işi ilk öncə Türkiyə klublarının boynuna qoymaq istədim...” - deyə, Fazil Mustafa bildirib.
XƏBƏRLƏR
BLOGLAR