Hüseynbala Səlimov
Ölkə 11:48 03.04.2013

Deputatın qardaşı oğlunun məhkəməsi başlayır

Millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 12-də başlayacaq.

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun  icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur. 

.