Hüseynbala Səlimov
Sənət 15:55 11.07.2014

Deputatın romanı serial olur

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun əsərinə serial çəkilişlərinə başlanılacaq.

Bu barədə məlumatı AzNews.az-a ssenarist Əyyub Qiyas verib.

O deyib ki, tamaşaçılar bu mövsümdə H. Mirələmovun “Gəlinlik paltarı” romanının motivləri əsasında çəkilən seriala baxa biləcəklər: “Hüseynbala Mirələmovla ötən gün ilkin müzakirəmiz oldu. İlkin olaraq, “Gəlinlik paltarı” romanının üzərində dayandıq”.

Ə. Qiyas bildirib ki, serialın çəkilişləri avqustun sonu, sentyabrın əvvəlində keçiriləcək: “Bu serialı çəkmək üçün türkiyəli rejissora müraciət olunub. Hələlik onun kimliyini açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, artıq rejissorla görüşüb, anlaşdıq”.


Qaynar.info