Dünya 19:55 23.01.2014

Deputatlar dalaşdı, biri xəstəxanaya aparıldı - FOTO

Türkiyə gündəmini yenidən deputatların davası bürüyüb.

Qaynar.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində iqtidar və müxalif deputatlar arasında dava düşüb.

Məclisin bu gün keçirilən iclasında iqtidar AKP-li millət vəkili Oqtay Saral və CHP-nin başqan köməkçisi Bülənt Tezcan arasındda yumruq davası olub. B. Tezcan davada yaralanıb. Sonra CHP-li millət vəkilləri salonu tərk ediblər. B.Tezcan xəstəxanaya aparılıb.

Qaynar.info