Ölkə 17:04 13.07.2017

Deputatlar harada dincələcək? (AÇIQLAMA)

Milli Məclisin iyunun 30-da keçirilən sonuncu növbədənkənar iclasını başa vurduqdan sonra tətilə çıxıb.

"Qaynarinfo" bir neçə millət vəkili ilə əlaqə saxlayaraq onların yay tətilini harada keçirəcəklərini öyrənib. Deputatlarımızdan bu mövzu ilə əlaqədar aldığımız cavabları təqdim edirik: 

Rövşən Rzayev: "Bakıda hökumətin mənə verdiyi bağ evində olacağam".

Musa Qasımlı: "Mən bu yay tətilimi ölkəmizdə, Yardımlı və Bakı şəhərlərində keçirəcəyəm".

Asim Mollazadə: "Bakı şəhərində keçirəcəyəm".

Məlahət Həsənova: “Yayı evimdə, gözəl Bakımızda keçirəcəm. Azərbaycandan, Bakıdan gözəl yer var? Ola bilsin rayona da getdim. Valideynlərim Ağstafada yaşayır. Ora mənim ata yurdumdur”.

Fərəc Quliyev: “Tətili Bakıda keçirəcəyəm, öz evimdə. İşlərimlə əlaqədar heç yerə gedə bilmirəm. Amma ola bilsin ki, 5-10 günlüyünə Ordubada getdim”.

Fazil Mustafa: "Adətən Bakıda keçirirəm. Arada rayona da gedirəm. Amma isti havalarda həmişə dəniz kənarında və bağ evimdə oluram".

Çingiz Səfərli
Qaynarinfo.Az