Ekonomiks 15:52 07.11.2018

Deputatlara verilən ezamiyyət xərcləri artırıla bilər

Milli Məclisin ezamiyyə xərclərinin artırılması təklif edilir. 

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. 

Deputat bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır:

"Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.