Foto 12:30 23.01.2020

Deputatlığa namizəd Könül Nurullayeva növbəti görüşlərini keçirdi (FOTOLAR)

24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Könül Nurullayeva bu gün növbəti görüşlərini Keşlə qəsəbəsinin M.H Kazımov, A.Mirzəyev və Zakir küçələrinin sakinləri ilə keçirib. 

"Report”un məlumatına görə, seçiciləri ilə səmimi söhbət edən K.Nurullayeva seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, millət vəkili olaraq bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edib və onları seçiləcəyi təqdirdə ilk işlərin sırasına aid edəcək.

Seçicilər isə K.Nurullayevanı tanıdıqlarını, gənclərlə iş, idman sahəsində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin görüş iştirakçıları könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını da əlavə ediblər. Öz növbəsində K.Nurullayeva böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb, eyni zamanda müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını da xüsusi vurğulayıb.

Xatırladaq ki, 24 saylı Nizami Birinci seçki dairəsindən namizəd Könül Nurullayeva 1985-ci ildə Bakı şəhərində anadan olub. Olimpiya İdman hərəkatında aktiv iştirak edərək Azərbaycanı bir çox mötəbər tədbirlərdə uğurla təmsil edib və hazırda da daşıdığı bu şərəfli missiyanı davam etdirməkdədir.