Dünya 10:43 09.02.2018

Dərbəndin başçısı FTX tərəfindən saxlanıldı

Rusiyanın Dərbənd rayonunun başçısı Maqomed Cəlilov saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, rayon rəhbərini Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları həbs edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Maqomed Cəlilov FTX-də dindirilib və sərbəst buraxılıb. Dərbənd rəhbəri torpaq sahələrinin satışındakı maxinasiyalarda ittiham olunur. Bundan əvvəl onun qardaşı, Dərbənd Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.
 
Aydın