Texnologiya 19:50 07.04.2018

Dəyəri sürətlə artan yeganə kriptovalyuta: Tron

Son günlər kriptovalyutaların çətin vəziyyətdə olduqlarını müşahidə edirik. Ancaq Tron digər kriptovalyutalarla müqayisədə yüksəlməkdədir. Son 24 saatda 32% artan Tron öz mövqeyini möhkəmləndirib.

Tron-un qiyməti 0.0415 dollara yüksəlib. Milyard dollarlıq bazar dəyərinə baxmayaraq, son vaxtlar "testnet” tətbiqindən istifadə edildiyi açıqlanmışdı. Buna görə investorlar daha ciddi düşünməli idi. Bu təşəbbüsün Tron-a fayda verdiyini söyləmək olar.

Bitcoin və Ethereum-dakı gəlirlər sayəsində Tron qiymətləri bir müddət 0.04 dolların üzərində davam edəcək kimi görünür. Eyni zamanda, bir çox birjanın aşağı nəticələrini yaxşılaşdırdığını görürük, bu da yaxşı texnologiyaya malik altcoinlərin yenidən yüksələcəyinə zəmin yaradır.



Digər alternativ kriptovalyutalarla müqayisədə Tron uğurlu bir cığırla irəliləyir. Ancaq bu sektorda hər şeyin davamlı olaraq dəyişdiyini yaddan çıxarmamalıyıq. 841.613 milyon dollarlıq ticarət həcminin böyük qismi alıcılar tərəfindən təşkil olunur.

"Upbit” birjası Tron haqda danışdıqda, ağla gələn ilk yerdir. İkinci yerdə "Binance”, üçüncü yerdə isə "Bittrex” gəlir. "Binance” və "Bittrex”-də görülən bu yüksəliş görünüşünə görə Koreya birjası ucbatından baş verir. Hazırda investorların diqqət etməsi lazım olan məsələ 24 saat ərzindəki Tron satışları və qiymətlərdir.

Tron-un bu qiymət sürətini qoruyub-qorumayacağı məlum olmasa da, gözləntilər yaxşıdır. Yüksəlişin hər hansı ciddi hadisə ilə bağlı olmaması ani enişə də səbəb ola bilər. TRX sahiblərinin əksəriyyətinin mənfəət qazanmaq istəməsini və belə durumların tez-tez baş verməməsini də diqqətdə salamaq lazımdır. (kripto.az)