Dünya 18:59 06.08.2013

Dilənçini təhqir etdiyi üçün cəzalandırıldı

Kanadanın Monreal şəhərində bir dükanın qapısının ağzında dilənən dilənçini təhqir edən şəxsə 8 min dollar cərimələnib. 

Qaynar.info xəbər verir ki, bir içki dükanından alver edən müştəri qapının ağzında dilənən dilənçi haqqında şikayətlərini mail vasitəsilə dükan sahibinə göndərib. 

Maildə dilənçinin hər həftə içki dükanının qapısının ağzında dilənməsindən narahat olduğunu, dilənçinin şişman, sırxoş olduğunu yazıb. 

Məsələnin həlli üçün təklif də edən müştəri, "Belələri üçün çinlilərin üsulunu tətbiq etmək lazımdır. Boynunu arxasına güllə sıxıb, güllənin pulunu da avaranın ailəsinə göndərmək lazımdır" deyib. 

Şikayət e mailini görən dilənçi əvvəlcə polisə, sonra da Kvebek İnsan Haqları Komissiyasına müraciət edərək, 20 milyon dollarlıq təzminat tələb edib. 

3 il davam edən məhkəmə prosesindən sonra hakim dilənçini təhqir etdiyi üçün müştəriyə 8 min dollar cərimələyib. 

Qaynar.info