Ölkə 17:40 24.09.2018

DİM Bakı İslam Universitetinin tələbələrini niyə başqa universitetlərə köçürür? (AÇIQLAMA)

"Bakı İslam Universitetinə bu il daxil olan 139 tələbə digər ali məktəblərə köçürülür".

Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

"Nazirlər Kabineti tərəfindən DİM-ə müraciət olunub ki, Bakı İslam Universitetinin 1-ci kursuna daxil olan tələbələr (139 tələbə) digər ali təhsil müəssisələrinə yerləşdirilsinlər. Ona görə də DİM tərəfindən həmin tələbələr dəvət olunub və hazırda onların topladıqları bala müvafiq olaraq digər ali məktəblərə yerləşdirilməsi işi həyata keçirilir".

DİM rəsmisi növbəti illərdə Bakı İslam Universitetinə tələbə qəbulunun aparılıb-aparılmayacağı məsələsinə də münasibət bildirib. O, bunun Nazirlər Kabinetinin səlahiyyətində olduğunu və onların qərarından asılı olacağını bildirib.
 
Çingiz Səfərli