Ölkə 10:53 19.07.2017

DİM-dən sosial şəbəkələrlə bağlı xəbərdarlıq

Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlərlə bağlı açıqlama verib.

DİM-dən  verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər "İnstagram" şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir: “Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.

Qaynarinfo.Az