Ölkə 11:52 06.11.2013

DİN-dən Hafiz Hacıyevin hədəsinə cavab

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılını Ermənistanda rəqs etdiyi üçün döydürəcəyi ilə hədələyib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Hafta.az-a açıqlamasında bildirib ki, təhdid edən tərəf haqda tədbir görülməsi üçün hədələnən şəxs hüquq-mühafizə orqanlarına məlumat verməlidi: “Bu hədələnən adam niyə müraciət etmir? Kimliyindən asılı olmayaraq, hər bir şəxs həyatına, sağlamlığına təhlükə, təhdid olunduğunu hiss edirsə, dərhal polisin ”102” xidmətinə məlumat verməlidi. Bunun əsasında polis əməkdaşları tərəfindən zəruri tədbirlər görüləcək”.

E.Zahidov bildirib ki, bu açıqlamanın mətbuatda yayılması bu barədə tədbir görməyə əsas vermir: “Bu məlumat internet saytlarında gedib. Biri kiminsə ünvanına nəsə deyibsə, belə hər sözün arxasına düşmək olmur. Hədələnən şəxs bunu ciddi qəbul edirsə, buyursun müraciət etsin. Bundan sonra dərhal lazımi tədbirlər görüləcək”. 

Qaynar.info