Ölkə 13:26 16.11.2013

DİN-dən xəstəxanadan qaçan ruhi xəstələrlə bağlı açıqlama

Hadisə  Daxili İşlər Nazirliyi Bakıda xəstəxanadan qaçan xəstələrlə bağlı rəsmi məlumat yayıb. 

Ans Press-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün saat 06:15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov qaçıblar.

Onlar qaçarkən orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə xəsarətlər yetiriblər. Daha sonra onlar qapının qıfılını sındırıb oradan qaçıblar.

Onların tutulması üçün müvafiq tədbirlər görülür.

Qaynar.info