Ölkə 11:37 15.12.2018

DİN-in komandiri qəfildən vəfat etdi (FOTO)

DİN-in Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə polis idarəsinin bölük komandiri Əliyev Rəşid Şura oğlu 55 yaşında vəfat edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, dekabrın 14-də yaşadığı ərazidəki marketlərin birindən alış-veriş edən zaman infarkt keçirib. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı DİN-in Baş Mühafizə İdarəsindən Qaynarinfo-ya təsdiqləyiblər.

Allah rəhmət eləsin!
 
Çingiz Səfərli