Dünya 19:33 14.09.2019

Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib?

Alimlər 66 milyon il əvvəl baş verən və dinozavrlarla bərabər dünyadakı canlıların 75 faizinin məhv olmasına səbəb olan nəhəng meteroritin toqquşmasının izlərini göstərən qaya nümunələrilə planetin ən qaranlıq günlərinə aydınlıq gətirirlər.

Texas Universitetinin başçılığı ilə aparılan araşdırma komandası Meksika körfəzinin 130 metr dərinliklərindəki kəsintilərdən götürdüyü nümunələrini tədqiq edib.

Dinozavrların bu meteoritlərlə toqquşmasından sonra məhv olduğu və məməlilərin artmağa başladığı elmə məlumdur.

Meteorit toqquşmasının effektinin II Dünya Müharibəsi zamanı atılan atom bombasının təsirindən 10 milyard dəfə çox olduğu güman edilir.

Meteorit Meksikanın Yucatan yarımadasına düşmüş və burada 200 km enində krater yaratmışdı.


Geoloqlar toqquşmadan sonra yaranan Chicxulub kraterini 1991-ci ildə kəşf edib

Bu toqquşmanın böyük tsunami və 1500 km uzaqlarda belə meydana gələn yanğınlara səbəb olduğu bilinir.

* Chicxulub Krateri - Dünyada həyatı dəyişdirən meteorit
* 12 km böyüklüyündə meteorit Yer kürəsi ilə toqquşaraq 100 km enində və 30 km dərinliyində bir çökəklik yaradıb.
* Daha sonra bu çökəkliyin kənarlarının da çökməsindən sonra kraterin genişliyi 200 km-ə qədər böyüdü, dərinliyi isə bir neçə km azalmış oldu.
* Bu gün kraterin böyük bir hissəsi dənizin altında, 600 metr qalıqların altındadır.
* Quruda olan hissəsi isə kirəç daşı ilə örtülmüş vəziyyətdədir, amma kənarlarındakı çöküntülər krateri "ələ verir".

130 metrlik hissədə nə var?

İngilis və Amerikan araşdırmaçılarının başçılığı ilə 2016-cı ildə bu kraterdə həftələrlə araşdırma aparılıb.

Araşdırmaçılar kraterin Chicxulub limanının quruda olan hissəsində bu günə qədər ən yaxşı qorunmuş hissələrindən birindən 66 milyon il əvvələ aid olan uzun bir qaya nümunəsi çıxarmışdı.

Bunun 130 metrlik hissəsi geoloqların Cenozoy dövrü olaraq adlandırılan vaxtın ilk günlərina aid qalıntılardan ibarət idi.


Chicxulub kraterindən götürülən qaya nümunəsi

Alimlər bu ərazini əsas götürərək meteorit toqquşmasından dərhal sonra baş verənlərə aid detallı məlumatın öyrənilə biləcəyini deyir.

130 metrlik ərazinin altdakı 20 metrində şüşəyəbənzər qalıqlar var. Bu hissə toqquşmadan sonrakı saniyə və dəqiqələrdə kraterin dibinə yayılan və toqquşmanın nəticəsi olaraq meydana gələn istilik və təzyiqlə əriyən qayadan ibarətdir.


Meksikadakı Yucatan yarımadanının kosmostan görünüşü

Tsunaminin daşıdığı qalıntılar

Ərazinin ən üst qatı toqquşmadan sonra baş verən sunaminin izlərini özündə saxlayır.

Alimlər toqquşmanın nəhəng dalğalar gətirdiyini və bu dalğaların kraterdən yüzlərlə kilometr uzaqlığa qədər çatdığını düşünür. Ancaq gedən dalğalar geri qayıdanda özü ilə o bölgələrdən qalıqlar gətirir. 130 metrlik ərazinin ən üst layını da bu qalıqlar təşkil edir.

Texas Universitetinin professoru Sean Gulick bütün bunların toqquşmanın birinci günündə olduğunu deyir:

"Sunami çox sürətlə hərəkət edir. Dalğaların ətrafa yayılması və geri qayıtması üçün 24 saat yaxşı vaxtdır".



Havaya yayılan kükürd

Maraqlı məqam 130 metrlik ərazinin heç bir yerində kükürdə rast gəlinməməsidir. Halbuki, meteoritin təxminən yarısı kükürddən olan dəniz dibinə dəyməli idi.

Bu kükürdün "xaricə çıxdığı" və ya buraxlandığı güman edilir. Bu isə, dinozavrların məhv olması ilə bağlı geniş yayılmış mülahizəni dəstəkləmiş olur.

Su ilə qarışan və səmaya yüksələn bu qədər kükürdün iqlimin soyumasına səbəb olduğu və bitki və heyvanların yaşamasını çətinləşdirdiyi güman edilir.

Mənbə: BBC