Dünya 17:37 06.08.2013

Dinşünas Ramazanda milyonçu oldu

Türkiyənin və ümumiyyətlə, türkdilli dövlətlərin ən populyar, ən çox sevilən dinşünaslarından olan professor Nihat Hatipoğlunun Ramazan ayında hazırlayaraq aparıcılıq etdiyi proqramlar reytinq rekordlarını təzələyib.

Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin ATV telekanalında iftar və sahur proqramlarıyla reytinqlərə liderlik edən N.Hatipoğlunun aldığı qonorarlar dünən açıqlanaraq heyrətə səbəb olub.

Sən demə, bir ay sərasər səhərin erkən saatlarında və axşam, iftar zamanı minlərlə tamaşaçının suallarını cavablayan məşhur dinşünas proqramlarına görə 80 min lirə qonorar alıb.

Halbuki baxılma reytinqinə görə N.Hatipoğlunun proqramlarından dəfələrlə aşağı olan digər veriliş və proqramların aparıcılarının aldıqların qonorarların məbləği isə ən azı 3 dəfə artıqdır.

Qaynar.info