Ekonomiks 21:05 23.06.2018

Diqqət! Bu 5 coini alın, qazanacaqsınız!

Kriptovalyuta bazarında eniş davam edir və "Bithumb” hücumu da prosesi daha da acınacaqlı hala gətirib. Ancaq bununla yanaşı, yeni buğa mövsümünün yaşanacağına inananlar da var. Mütəxəssislər ilin qalan hissəsi üçün diqqət etməyiniz lazım olan 5 coinin adını açıqlayıb. 

Qaynarinfo kripto.az-a istinadən həmin coinləri təqdim edir:

1. TRON (TRX)

Hazırda yeni bir Blockchain quran və ERC20 tokenlərindən çıxmaq ərəfəsində olan TRON bəzi səlahiyyətlilərə görə, layiq olduğundan daha aşağı qiymətdədir. Çətin vəziyyətdə qorunmağı bacaran coin indiki halda 0.048 dollar və 717 satoşiyə əməliyyat görür.

2. NANO (NANO)

Səlahiyyətlilər Nano üçün hazırda alış zamanı olduğunu söyləsə də, diqqətli olmaq lazımdır. Bəzi analitiklər müxtəlif göstəricilər vasitəsilə hazırda Nano üçün ciddi alış fürsəti olduğunu bildirir. Nano 10%-lik artımla 3 dollara və 44503 satoşiyə əməliyyat görür.

3. Zilliqa (ZIL)

"Coinmarketcap”-in məlumatına görə, 0.087 dollar və 1293 satoşiyə əməliyyat görən Zilliqa müxtəlif səbəblərlə yaxşı alternativ kimi görünür. Xüsusilə sentyabr ayında reallaşdıracağı yeni əsas şəbəkə açılışı ilə böyük imkanlar vəd edir.

4. EOS (EOS)

EOS son vaxtların ən çox müzakirə olunan coinlərindəndir. Ethereum-a alternativ kimi göstərilən coin yaşadığı zəifliklərlə diqqət mərkəzində oldu. Coin hazırda 10.47 dollara əməliyyat görür.

5. Binance Coin (BNB)

Son dövrlərin məşhur coinlərrindən biri də Binance Coin-dir. Mütəxəssislər BNB-nin daha da inkişaf edəcəyini və yüksələcəyini iddia edirlər. Hazırda 16,78 dollara əməliyyat görür.