Ölkə 12:49 28.10.2017

Diqqət! Bu gecə nə baş verəcək?

Bu gecə dünyanın bəzi ölkələrində bir saat geri çəkiləcək. 

"Qaynarinfo" xəbər verir ki, yay və qış vaxtına keçiddən bir çox ölkə imtina etsə də, 70 ölkədə bu sistem hələ də davam edir. Həmin ölkələr oktyabr ayının sonuncu bazar günü saatların əqrəblərini bir saat geri çəkir. 

Azərbaycanın da daxil olduğu dünyanın 130-dan artıq öləsi isə artıq yay və qış vaxtına keçiddən imtina edib. Ölkəmiz qış vaxtına keçiddən imtina etsə də, hər il yay və qış vaxtına keçid zamanı müəyyən problemlər ortaya çıxır. Belə ki, mobil telefonlar, smartfonlar, kompütelrlər və digər İKT cihazları avtomatik olaraq əqrəbləri bir saat geri çəkir. Bu isə bəzi narahatlıqların yaranmasına, qeyri-müəyyənliyə səbəb olur. 

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq Türkiyədə yay və qış vaxtına keçid sistemi hələ də saxlanılır.

Aydın
Qaynarinfo.Az