İdman 08:30 14.06.2018

Diqqət Moskvaya! Futbol üzrə dünya çempionatı başlayır

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək. 

Qaynarinfo xəbər verir ki, Rusiyada təşkil olunacaq "DÇ-2018" elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir.

Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalarlar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq.

Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədi. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə”sini korlamalı olacaqlar.

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti  Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

DÇ-2018
I tur
A qrupu

19.00 Rusiya - Səudiyyə Ərəbistanı
Hakimlər: Nestor Pitana, Xuan Pablo Belyati, Ernan Maydana (Argentina), Sandru Riççi (Braziliya).
Moskva. "Lujniki” stadionu.