Telefonlar, dizüstü kompüterlər “BlueBorne”adı verilən və istifadəçinin xəbəri olmadan sistemə girən mükəmməl hazırlanmışkiber hücuma qarşı müdafiəsiz vəziyyətdədir.

“Qaynarinfo” xəbər verir ki, kiber təhlükəsizlikşirkəti Armis Sekuriti “Bluetooth”a sahib bütün elektronika cihazlarınaasanlıqla girə bilən virusun təhlükəsizlik baxımından çox çətin aşkaraçıxarıla biləcək boşluğunu tapıb. “BlueBorne” adlı virus hava yoluyla yaradılanəlaqə vasitəsi ilə cihazlara daxil olur və şəxsi məlumatları oğurlaya bilir.

Bu qədər güclü bir virusun olması Google vəMicrosoft şirkətlərində həyəcan təbili çaldırıb. Onu da qeyd edək ki, məlumatagörə, virus İOS 10 və ondan yuxarı səviyyəli sistemlərə giriş edə bilmir.

“BlueBorne” siqnal dalğaları ilə işlədiyindənyalnız cihazda “Bluetooth” açıq olduğu zaman sistemə daxil ola bilir. Virusudaha təhlükəli edən istifadəçinin cihazın virusa yoluxduğundan tam xəbərsizolması olur. Hazırda virusu təhlükəsizləşdirmək istiqamətində işlər aparılır. 


Nərmin Həsənli

Qaynarinfo.Az