Divara yapışdılan banan əsəri 120 min dollara satıldı

Divara yapışdılan banan əsəri 120 min dollara satıldı

ABŞ-ın Mayami şəhərində təşkil olunan Art Basel Sənət Festivalı çərçivəsində sərgilənən və sadəcə "divara yapışdırılan banan" əsərinə 120 min dollar verən  alıcı tapılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, italyan sənətçi Mautiio Kattelanın müəllifi olduğu post-modern əl işi Mayamidə supermarketlərdən birindən alınan banan və 15 santimetr uzunluğundakı yapışdırıcı lentdən ibarətdir. Məlumatın yayılmasından sonra Perrotin Beynəxalq Sənət Qalereyası satışın olduğunu təsdiqləyib, lakin buna oxşar başqa sənət əsərlərinin daha yüksək qiymətə satıldığı qeyd olunub. Rəsmilər əsərin elə festivalın ilk günündə satıldığını bildiriblər.

Sərgiyə qatılan bir çox insan buna böyük maraq göstərib, şəkil çəkdirərkən, bəzi sosial şəbəkə istifadəçiləri viral olan əsəri intellektual faciə kimi dəyərləndiriblər.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR