Dizel mühərrikli avtomobil sahibləri maşının daha yaxşı işləməsi üçün bəzi hallarda yanacağa müxtəlif qatqılar əlavə edirlər. Bəzi sürücülər isə ucuz başa gəlməsi üçün müxtəlif yollara əl atırlar. Hətta dizel yanacağının çəninə mühərrik yağı və benzin qatanlar da var.

Qaynarinfo "Xəzər TV"yə isytinadən xəbər verir ki, mühərrikin daha rahat işləməsi üçün yanacağa əlavə maddələr qatılır. Burda söhbət yanacaq üçün nəzərdə tutulan zavod istehsalı qatqılardan deyil, adi mühərrik yağı və benzindən gedir.

Bəzi sürücülər bu üsulla maşının daha yaxşı işlədiyi qənaətindədirlər.

Ustalar da belə sürücülərin çox olduğunu deyir. Bir çox sürücü bununla mühərrikin daha yaxşı işlədiyini düşünsə də, mütəxəssisilər əslində bunun avtomobil üçün zərərli olduğunu deyir.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, sürücülərdə bu adət sovet dövründən qalıb. Həmin vaxtlar dizel yanacağının keyfiyyətini artırmaq üçün irihəcmli mühərriklərdə sürücülərin bunun etməsi məqsədə uyğun idi. Hazırda isə yanacağın keyfiyyəti standratlara cavab verdiyinidən buna ehtiyac yoxdu.

Mütəxəssislər, sürücülərə ustaların tövsiyələri əsasında hərəkət etməyi məsləhət görürlər.