Dünya 18:40 23.06.2018

Doğan Xəbər Agentliyi rebrendinq etdi: adı dəyişdirildi

Türkiyənin nüfuzlu Doğan Xəbər Agentliyinin adı dəyişdirilib.

Qaynarinfo xəbər verir ki, agentliyin yeni adı "Demirören Haber Ajansı" olub. DHA-nın loqosu isə eyni şəkildə qalıb. Türkiyədə ümumilikdə 34 şöbəsi olan DHA ölkənin 81 əyalət fəaliyyət göstərməklə yanaşı ölkə xaricində də xəbər, foto və video materiallar hazırlayır.
 
Qeyd edək ki, "Doğan Media" apreldə 916 milyon dollara "Demirören" Holdinqə satılıb.