Ekonomiks 11:41 27.05.2015

Dollar bir az da bahalaşacaq” - Ekspertdən qorxulu proqnoz

“Neftin qiyməti üzüaşağı gedir. Fyuçers kontraktları üzrə Brent markalı neftin bareli hazırda 63,50 dollara satılır”. Aznews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. 

Ekspert neftin ucuzlaşmasını ABŞ valyutasının bahalaşması ilə əlaqələndirib: “FED-in uçot dərəcələrini bu il qaldırmaq ehtimalını qeyd etməsi dolları gücləndirib. Yunanıstan problemi və İspaniyada müşahidə olunan siyasi gərginlik avronu ucuzlaşdırır. Yapon yeni dollara nisbətən 8 illik minimum həddə düşüb”. 

S.Əliyev Azərbaycanda da dolların son günlər rəsmi məzənnəsində artım qeydə alındığı qənaətindədir: “Güman ki, sabah dollar bir az da bahalaşacaq. Əvvəllər də deyildiyi kimi manatın taleyi neftin qiymətindən asılı olacaq. Son aylar müşahidə edilən ölkədən kapital axını da manatı təyziq altında saxlayır. Yəqin ki, yaxın 10 gündə Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayacaq. Ehtiyatın həcmində azalma müşahidə edilsə, bu, kapital axınının rəsmi təsdiqi olacaq. Kapital axını üçün kifayət qədər səbəblər yaranıb. Bütün bunlar isə ölkə iqtisadiyyatı üçün arzuolunan hal deyil”.

Qaynar.info