Ekonomiks 10:19 22.05.2015

Dollarda cüzi ucuzlaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Mərkəzi Bankdan Qaynar.info-ya verilən məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0486-dan 1.0485 AZN-ə qədər azalıb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1662-dən 1.1680-ə qədər yüksəlib. 

Dollar kimi Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri azalaraq 0.0211-dən 0.0210 manata geriləyib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Qaynar.info