Ekonomiks 17:46 11.05.2015

Dolların aylıq məzənnəsi

Manatın xarici valyutalara qarşı rəsmi orta məzənnəsi açıqlanıb. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayının 1-i üzrə ABŞ dollarının rəsmi orta məzənnəsi manatla ifadədə 1,0489 AZN təşkil edib. 

Avropanın vahid valyutası avronun mart ayı ərzində orta məzənnəsi 1,1355 manat bərabər olub. Rusiya rublu isə manatla ifadədə 0,0173 AZN təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın son rəqəmlərinə görə, hazırda 1 ABŞ dolları 1.0482, avro 1.1742, Rusiya rublu isə 0.0207 manata bərabərdir. 

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Qaynar.info