Xəbər lenti

Dolların məzənnəsi 15 aylıq minimumu yenilədi
Ekonomiks 19:03 03.08.2017

Dolların məzənnəsi 15 aylıq minimumu yenilədi

ABŞ dollarının məzənnəsi 15 aylıq minimumu yeniləyib.

"APA-Economics” xəbər verir ki, çərşənbə günü 2016-cı ilin may ayından etibarən dolların indeksi ən aşağı səviyyəyə - 92,39-a enib.

İyul ayında dolların indeksi təxminən 3% aşağı düşüb ki, bu da dolların məzənnəsinin 5 ay ardıcıl azalması deməkdir. Qeyd edək ki, bu, 2011-ci ildən bəri ən uzun müddətli azalma hesab olunur.

Yeri gəlmişkən, cari ilin ilk yeddi ayı ərzində dollar təxminən 9% ucuzlaşıb. Sonuncu dəfə 1985-ci ilin yanvar-iyul ayında dolların məzənnəsi bu qədər zəifləyib. Həmin dövrdə dollar 12,5% dəyər itirib. 

Qeyd edək ki, ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olub.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->