Dünya 11:21 23.10.2019

Donald Tusk Aİ ölkələrindən "Brexit" üçün vaxt istəyəcək

Avropa Şurasının Baş katibi Donald Tusk Avropa İttifaqına daxil olan 27 ölkədən "Brexit" prosesi üçün əlavə vaxt istəyəcək.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə İngiltərənin Baş naziri Boris Conson Aİ-yə məktub ünvanlayaraq əlavə vaxt tələb etmişdi. 

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsini nəzərdə tutan "Brexit" prosesinin 31 oktyabrda yekunlaşması gözlənilirdi. 

Keçən həftə Aİ və İngiltərə arasında yeni "Brexit" razılığı əldə edilib.

Gülşən