Dünya 11:12 30.04.2019

Donald Tramp 2 il ərzində 10 min yalan danışıb

ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olduğu 2 il ərzində 10 min yanlış bəyanat verib.

Qaynarinfo xəbər verir ki, bu hesablamanı "Washington Post" qəzeti həyata keçirib. Qəzetin iddiasına görə, Tramp gün ərzində 5 yalan deyir, son aylarda bu rəqəm 23-ə yüksəlib. Prezident yanlış informasiyanı əsasən media konfransları və mitinqlərdə paylaşır.

Donald Tramp onun əleyhinə xəbər dərc edən media orqanlarını daim "fake news" (saxta xəbərlər) dərc etməkdə ittiham edir.

Qeyd edək ki, ABŞ prezidenti 2016-cı il seçkilərinin qalibi olub və 2017-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb.

Gülşən