Dünya 10:08 24.11.2017

Donanmanın 44 üzvü itkin düşdü

Argentina donanmasının 44 üzvündən 8 gündür xəbər almaq mümkün deyil.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 44 nəfərin olduğu sualtı gəmi ilə bir müddətdir əlaqə kəsilib. Son yayılan məlumatlarda bildirilir ki, gəminin  olduğu yerdə partlayış baş verib. Bu barədə iddianı axtarış-xilasetmə tədbirləri həyata keçirən qrup irəli sürüb. Argentina Dəniz Qüvvələri isə radar vasitəsilə qeydə alınan səsin partlayış olmadığını deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Argentina prezidenti Maurisio Makri ilə telefonla danışaraq xilasetmə tədbirlərində iştirak edəcəklərini, əraziyə gəmi və xilasetmə qrupu göndərəcəklərini deyib. Rusiyadan başqa bu prosesdə ABŞ, İngiltərə də daxil olmaqla 10-dan çox ölkə iştirak edir. 

Gülşən