Sağlamlıq 15:10 21.09.2018

Donordan 4 xəstəyə xərçəng transplantasiyası edildi

 
2007-ci ildə iflic olan 53 yaşlı qadının ölümündən sonra böyrək, ağciyərlər və qaraciyərini 4 avropalı xəstəyə köçürülüb.

Qaynarinfo xəbər verir ki, Amsterdam Universitetinin nevrologiya sahəsində professoru Frederik Bemelman orqanların köçürüldüyü xəstələrin sonrakı taleyi barədə danışıb. Ağciyərin köçürüldüyü 42 yaşlı qadın bir müddət sonra döş xərçəngindən vəfat edib. Böyrəyin köçürüldüyü 62 yaşlı, qaraciyərin köçürüldüyü 59 yaşlı qadına da eyni diaqnoz qoyulub və onlar 2013-2014-cü illərdə ölüb. Bemelman böyrəyin köçürüldüyü xəstəyə diaqnoz qoyub və onun orqanının bir hissəsinin götürülməsi nəticəsində xəstəni xilas etmək mümkün olub. 

Faktlar orqan transplantasiyası zamanı həmçinin xərçəng hüceyrələrinin də xəstələrə nəql edilməsi faktını ortaya qoyur.

Gülşən