Ötən əsrin ən yaxşı yapon yazıçılarından olan Yukio Mişima fərqli bir intiharyoluna əl atıb. O, bələkə də tarixin ən qəribə sənətçilərindən biri idi. Həm əsərləri, həm həyatı, həm də ölümü ilə...

"Qaynarinfo" yazıçının həyatı ilə bağlı faktları təqdim edir:

12 yaşına qədər ailəsini görməyib

Uğurlu yazıçılardan hesab olunan Yukio Mişimanın nəsli tanınmış zadəgan samuraylarına gedib çıxır. Ona görə, Mişima milli-mənəvi dəyərlərinə sadiq biri kimi tərbiyyə edilib. 12 yaşına kimi nənəsi ilə birlikdə yaşayan yazıçı ailəsini yalnız bu yaşdan sonra görüb.
 
Sağçı təşkilatın yaradıcısı

Yaponiyanın müasirləşməsinə qarşı olan Mişima "Tate no Kai" (Qalxan cəmiyyət) adlı milliyətçi təşkilatın rəhbəri olub.
 
Ölümünü 1 il əvvəldən planlaşdırıb
 
3 dəfə Nobel mükafatına namizəd göstərilmiş və Yaponiyanın 20-ci əsrdə ən böyük yazıçılarından hesab olunan Mişima ölümünü də 1 il əvvəlcədən planlayıb. Onun ölümü Yaponiya xalqını şoka salıb. 

Yaponiya imperatoruna olan bağlılığı ilə sənətə olan düşkünlüyü birləşib və nənəsinin onu ancaq qız uşaları və oyuncaqları ilə oynamağa məcbur etməsi səbəbi ilə ortaya qəribə bir xarakter çıxıb. 
 
Qarnizonlara gedib nitq söyləyir
 
Yukio Mişima; faşist, homoseksual, sənətçi və kamikadze. Bütün bu sifətləri özündə cəmləyən usta yazıçı həyatına və inanclarına aid böyük, təsiredici bir final yaratmaq istəyib və planın üzərində bütün incəliyinə qədər işləyir. 17-ci əsrdən qalma məhşur bir ustanın əlindən çıxmış dəyərli qılıncı generala təqdim etmək üçün qarnizondan görüş üçün vaxt təyin edibr. İçəri girdikdən sonra Qalxan cəmiyyətinin üzvləri generalı girov götürür, əsgərlərin hamsının aşağıda yığışmasını tələb edir və Mişimanın onlarala danışacağını bildirib. Əks halda generalı öldürəcəklərini deyirlər.
 
Qarnını deşir

Mişima toplanan yüzlərlə əsgərə müraciət edir. Əsgərə idarəçiliyi öz üzərinə götürməyi əmr edir. İmperator yenidən hakimiyyətin başına keçməli, Yaponiya müasirləşməyi bir kənara qoyub, qədim ruhunu canlandırmalıdır. 45 yaşlı yazıçı danışığını bitirir və otağa keçib planının davamını həyata keçirir.
 
"Seppuku"

Digər adı "xarakiri" olan Yaponiyanın ənənəvi intihar üsuludur. İntihar edən şəxs dizi üstə çöküb qarnını iti alətlə deşir, daxili orqanlarını çölə çıxarır. "Seppuku" üsulu ilə intihar edən şəxs çox əzab çəkdiyi üçün yaxın dostlarından birinə baş verən prosesdən sonra başını kəsməsi üçün göstəriş verilir.
Dostu başını kəsməyə çalışır, amma bacarmır.

Mişima qan içində canı ilə əlləşərkən, dostu onun başnı kəsmək istəyir. Bir neçə dəfə cəhd etsə də, bunu bacarmır və o da eyni üsulla intihar edir. Başqa dostları onların iksinin də başını bir cəhdlə kəsir. 
 
"Onun üçün üzülməyin"
 
Yukio Mişimanın ölümü bütün xalqı təəccübləndirir və üzüntüyə boğur. Anası isə deyirdi ki, "onun üçün üzlməyin". O həyatında ilk dəfə etmək istədiyi işi sona çatdırıb. Əsərlərində çox detalçı olan yazıçı sonda inandığı dəyərlər uğruna ölməyi seçir. 
 
Lalə Niftalıyeva
Qaynarinfo.Az