Dünya 19:18 21.05.2018

Doğuşun qadağan olduğu adada 12 il sonra ilk körpə dünyaya gəldi

Braziliyada yerləşən və doğuşun qadağan olduğu Fernando de Noronha adasında körpə dünyaya gəlib.

Qaynarinfo xəbər verir ki, 22 yaşlı qadın qız uşağı dünyaya gətirib. O bildirib ki, hamiləliyinin fərqində olmayıb, doğuş prosesi evdə baş verib. Uşağın dünyaya gəlməsindən məmnun olan əhali ailəyə köməklik göstərir.

Qeyd edək ki, dünyanın ən gözəl adalarından olan Fernando de Noronhada sualtı ehtiyatları qorumaq məqsədilə doğuş qadağan edilib.

Adada doğum evi yoxdur və hamilə qadınlardan adanı tərk etmələri tələb edilir.

Gülşən