Foto 09:34 01.05.2018

DSX sərhəd pozuntusunun qarşısını aldı: 5 əcnəbi saxlanıldı (FOTOLAR)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları 5 əcnəbinin dövlət sərhədinin pozmalarının qarşısını alıb.

DSX-nın Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. 

Belə ki, aprelin 26-da Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində "Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb. Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.