Ölkə 16:06 14.05.2013

Dul qadın – yol getdiyi kişinin sevgilisi...

Elnaz Eyvazlı

Necə ki, tibb elmi hələ də beyinin sirrini aça bilmir, necə ki, heç kimölümdən sonrakı həyatın varlığını əminliklə isbat edə bilmir, necə ki,Allahı görürmüş kimi ona inananlarla yanaşı, görmədiyinə görə inkaredənlər var, eləcə də, həyat qarışıq, dolaşıq sirlər və düyünlərləzəngindir.


Həmişə insanların nədüşündüklərini, necə düşündüklərini bilməyə can atmışam. Qarşımdakınınyaşadıqlarını içimdən keçirib özüm yaşayırammış kimi hiss etmişəm. Kimolur olsun, qadın, ya kişi, fərq etməz. Ona görə də yıxılan adam görəndəpərt olub, yaralı adam görəndə sızıldayıb, süpürgəçi kişi görəndəsıxılıb, fəhlə qadın görəndə kişiləşmişəm.

Dördüncüsinifdə oxuyurdum, həyatı indiki qədər dərk etmirdim. Yaxşı tanıdığımbir qadın ərindən boşandı. Dörd yaşlı oğlu da qadınla qaldı. Uşaq atasıilə vaxtaşırı görüşürdü. Hər dəfə görüşə gedəndə anası onu öyrədir,“belə deyərsən, belə edərsən,” – deyə tapşırırdı. Düşünürdüm ki, əgərbelədirsə, niyə ayrılıblar, elə bir yerdə yaşayar, bir-birini yolaverərdilər də. Bir dəfə dedim ki, sən ona qayıtmaq istəyirsən? Dedi,neynim, uşağım var. Anam acıqlandı ki, öz işinlə məşğul ol.

Dedim,mən uşağıma görə bu addımı atmazdım. O, böyüyüb öz həyatını yaşayacaq,sənin həyatını yox. Bəlkə də, onun üçün xeyirlisi budur, o, sizinbirlikdə çəkdiyiniz cəhənnəmin şahidi olmamalıdır. Bu, onun gələcəyinədə, bu gününə də zərbədir axı.  Anam üstümə qışqırdı:
- Arvad-arvad danışma, bəsdir!
Sonra da güldülər.

Zamanməni onun yerinə qoydu. Və gördüm ki, mən heç vaxt uşaq olmamışam. Ozaman dediklərim elə mənim həqiqətimdir. Mənim üçün övladımın düzgünpsixoloji durumu, normal mühitdə, dava-dalaşsız şəraitdə böyüyüb tərbiyəvə təhsil alması daha vacibdir, nəinki camaata mənim də ailəm və ərimvar görüntüsü yapmaq, toylara bəzənib qoşa getmək, yalandan xoşbəxt ailəmənzərəsi yaratmaq. Övladıma yalanlarla nümunə olub, ona artistliketməyi öyrətmək.

...Bir dəfə ərini qəzadaitirmiş bir rəfiqəmin evində oldum. İçəri girən kimi üzümə iztirabhavası vurdu. Qırılmış ümidlər, göz yaşı, gecələr boğula-boğula ulayanbir qadın iniltisi qulaqlarımı dəlib keçdi. Heç vaxt heç kimi sevməyəhaqqı çatmayacaq, heç vaxt ailə xülyalarına düşməyəcək. Çünki içindəolduğu cəmiyyət buna icazə vermir, etsə, qınanacaq. Sonacan uşaqlarıüçün yaşayacaq, öz həyatı deyilən bir şey olmayacaq. Övladları ailəquracaq, hərəsi öz yolu ilə gedəcək, dörd divar arasında buz kimi soyuqhəyatını başa vuracaq, “kaş ki, kaş ki,” deyə-deyə... Necə ki, səkkizyaşlı qızım indidən: “Ana, hərə öz həyatını yaşayır, mən də. Sən də özhəyatını yaşa” - deyir.

Biz inkişaf etmirik.Bizim inkişaf hesab etdiklərimiz görüntüdür. Biz o zaman içndə olduğumuzdövrün adamı olarıq ki, dul bir qadının söhbət etdiyi, yol getdiyikişiyə onun sevgilisi, aşnası kimi yox, dostu, tanışı, həmkarı, qohumukimi baxa bilərik. Yaxud da elə sevgilisidir və bunda qeyri-adi heç nəyoxdur kimi. O da insandır, onun da sevməyə, öz qadın həyatını yaşamağahaqqı var...

Biz o zaman “müasir düşüncəliyik,”– deyə bilərik ki, arvadı təzəcə ölən cavan bir kişini “il çıxmamış”evləndiyinə görə qınamarıq. Onun üçün yaşamaq çətindir, o filankəs kimidüşünməyə, yaşamağa, onun kimi ömür boyu dul qalıb, evdən kənarda,gizli-gizli öz kişi həyatını yaşaya-yaşaya oğul-uşağa, qohum-qonşuyasədaqətli ər rolu oynamağa məcbur deyil.

Niyəbiz, evlənəcəyimiz, yaxud ərə gedəcəyimiz adamın mütləq subay olacağı,evi və maddi imkanı olacağı təqdirdə xoşbəxt olacağımızı düşünür, niyədul kişinin bakirə qızla (çox vaxt da “acıqca 17 yaşında qız” deyirik)evlənməsinə mütləq, subay oğlanın dul bir qadınla evlənib xoşbəxtolacağına absurd bir şey kimi baxırıq?

Başqalarınınnə geyindiyinin yox, nə düşündüyünün, sənətkarın, siyasətçinin şəxsihəyatının yox, işinin, sənətinin fərqində olmayınca, düzələn deyilik,yaxud düzəlməyincə belə olacaq.

Qınadığmızadamların yerinə özümüzü qoysaq, onlar kimi bir anlıq üşüsək, bir az acqalsaq, birinin əlinə çörək üçün baxsaq, biri əlimizə baxsa, səhərəcəntənhalıq acısından it kimi ulasaq, heç kimi qınamazdıq, heç kimqınanmazdı.

Yıxılıb ölənə “vay, yazıq”deyirik, ancaq hələ bir fahişəyə “vay, yazıq” deyən görmədim. Bəlkə, eləölən ondan daha xoşbəxt və şanslıdır. Bəlkə, “tfu” dediyimiz biri gündəneçə dəfə ölüb dirilir, buna məcburdur. Haqq verək demirəm, heç olmasa,“niyə?” deyək, nədənini bilək. Bəlkə, elə onu bu “ölüm”lərdənqurtarmağa gücümüz çatar.

Arvadını öldürənəsəbəbini bilmədən “yüz faiz namus söhbətidir, halaldır”, balası acındanölürmüş deyə, oğurluq edənə “haramdır” deməzdən əvvəl, azca düşünsək,olmazmı? Xoşuma gələn bir məsəl var: “Qaçan da Allahı çağırır, qovanda”. Bizsə, daha heç kimi çağırmırıq. Hərə öz maskasında “ağıllı” və“müdrikdir”. Kimdən nə soruşursan, biri “bilmirəm” demir. Əyri-üyrü dəolsa, nəsə cavab verməyə, hər şeyi bildiyini sübut etməyə çalışır. Bugedişlə uzağa gedəcəyimizə şübhə edirəm...