Dünya 11:49 17.04.2018

Dumada kimyəvi silahın izləri axtarılacaq

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) sabah Suriyanın Duma şəhərində araşdırmalara başlayacaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat Suriya və Rusiya qüvvələrinin ərazidə kimyəvi silah istifadə edib-etmədiyini müəyyənləşdirəcək. 

OPCW-ın ABŞ nümayəndəsi Rusiyanın şəhərdəki sübutlara müdaxilə edə biləcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunun mümkün olmayacağı barədə zəmanət verib. 

Gülşən