Dünən vəfat edən deputat Yevda Abramov kimdir? - DOSYE

Dünən vəfat edən deputat Yevda Abramov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib. Deputatın dəfni sabah saat 12.00-da Qubada keçiriləcək. Quba Mədəniyyət evində vida mərasimi təşkil olunacaq.

Qaynarinfo Yevda Abramovun dosyesini təqdim edir:

Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. 1970-ci ilərdə Quba rayon İspik kəndində dərs deyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Azərbaycan, türk, rus və fars dillərini mükəmməl şəkildə bilir.

Yeni Azərbaycan Partiyasının üzvü idi. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.

Milliyətcə yəhudidir.

11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov "Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR