Dünya 14:36 03.09.2017

Dünya Bığ-saqqal Çempionatından qeyri-adi görüntülər (FOTOLAR)

ABŞ-ın Teqzas ştatının Ostin şəhərində Dünya Saqqal və Bığ Çempionatı keçirilir.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərində minlərlə insan Teqzasa axın edib. Yarışmaya kişilərlə bərabər qadınlar da qatılıb. Maraqlı fotoları ilə yadda qalan festival hazırda davam edir.

Qeyd edək ki, çempionat iki ildən bir keçirilir.

Qaynarinfo.Az