İdman 15:51 17.05.2013

Dünya bu uşaqdan danışır – FOTOLAR


«Çelsi»nin «Benifka»nı 2:1 hesabı ilə yendiyi Avropa Liqasının final matçından sonra kameraların yaddaşına ilginc bir məqam düşüb. Fanat.az xəbər verir ki, «Çelsi» kuboku alarkən ekranlara düşən uşağın kimliyi müəyyənləşib.

İngiltərə klubunun qələbə qazandığı matçdan sonra medallarını almaq üçün tribunaya çıxdığı zaman 11 yaşlı uşaq da onların arasında yer alıb. Qalib komandanın futbolçuları ilə tək-tək görüşərək, təbrik edən UEFA prezidenti Mişel Platini Fernando Torresin arxasınca gələn gözləmədiyi «qonaq»la qarşılaşıb. Əvvəlcə çaş-baş qalan Platini daha sora onun da əlini sıxıb.

Adı Luis Kearns olan sürpriz qonaq «Liverpul» azarkeşidi. İngilis mətbuatına məlumat verən uşağın ailəsi onun «Liverpul»un sabiq futbolçu Torresin fanatı olduğunu,ispan oyunçu ilə şəkil çəkdirə bilmək üçün yanına getdiyini bildiriblər. Bu zaman Torres medalını almaq üçün tribunaya çıxdığından o da arxasınca gedib.

Qaynar.info