Mərakeş millisinin futbolçusu Nouhaila Benzina dünya çempionatı oyununda hicablı oynayan ilk qadın olub.
Qaynarinfo bu barədə "The Athletic"ə istinadən xəbər verir.
Bazar günü Mərakeş millisi Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreyaya qalib gəlib (1:0). Almanlarla ilk oyunda (0:6) ehtiyatda qalan Benzina meydana start heyətində çıxıb. Futbolçu meydana başı örtülü daxil olub.
Qeyd edək ki, FIFA 2007-ci ildə tətbiq edilən hicab qadağasını 2014-cü ildə ləğv edib.
Aydın
Şərhlər