Dünya çempionatında vurulan qol zəlzələyə səbəb oldu (VİDEO)
Dünya çempionatının Almaniya - Meksika oyununda vurulan qol Şimali Amerika ölkəsində zəlzələyə səbəb olub.
Qaynarinfo xəbər verir ki, yeraltı təkanın meydana gəlməsinə səbəb qola sevinən milyolnarla meksikalının eyni vaxtda atılıb-düşməsidi.
Bu barədə Meksika Seysmoloji İnstitutu məlumat yayıb. Bildirilib ki, seysmoloji sensorlar ölkə ərazisində süni zəlzələ qeydə alıb. Bu isə azarkeşlərin atılıb-düşməsi ilə əlaqədar olub. İki sensor yerli vaxtla 11:32 (Bakı vaxtı ilə 20:32) radələrində iki yeraltı təkanı qeydə alıb
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər