İdman 12:11 11.10.2013

Dünya çempionatında yeni sistem


2014-cü il dünya çempionatında topun qapıdan keçdiyini qeydə alan sistem tətbiq olunacaq.

Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın açıqlamasında bildirilir.
 
Bu sistemdən ilk dəfə 2013-cü il Konfederasiyalar Kubokunda istifadə ediləcək. Almaniya istehsalı olan “GoalControl-4D” sistemindən FİFA klublararası dünya çempionatında da yararlanacaq. Bu çempionat isə dekabrda Mərakeşdə baş tutacaq.
 
Qeyd edək ki, klublararası dünya çempionatının ilkin mərhələsində təşkilatçı ölkəni “Raca Kasablanka” təmsil edəcək. İlkin mərhələdə bu komanda Avstraliya və Okeaniya çempionu “Oklend Siti” (Yeni Zelandiya) komandasını sınağa çəkəcək. Oyun dekabrın 11-də keçiriləcək.

Qaynar.info