İdman 11:39 13.08.2019

Dünya çempionu olmuş futbolçu vəfat etdi (FOTO)

 
Argentinalı veteran futbolçu Xose Luiz Braun 63 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, Braun Alzheimer xəstəliyindən əziyyət çəkirdi. 

Qeyd edək ki, futbolçu peşəkar futbol kariyerasının 14 ilini "Estudiantes" klubunda keçirib və 300-dən çox rəsmi matçda iştirak edib. O, həmçinin vətənində "Boka Xuniors", "Deportivo", "Rasinq", Kolumbiyada "Atletiko Nasional", Fransada "Brest" və İspaniyada "Mursiya" klublarında top qovub.

1983-1986-cı illərdə Argentina milli komandasında 36 oyun keçirərək 1 qol vuran Braun 1986-cı ildə Dünya çempionatının qalibi olub.

Mərhum futbolçu 1995-2013-cü illərdə məşqçi kimi fəaliyyət göstərib və müxtəlif klublara başçılıq edib.

 
Gülşən