Video 15:46 23.10.2017

Dünya çempionu xocalılılar üçün idman klubu yaratdı (VİDEO)

Xocalıdan köçkün düşmüş şəxslər, onların övladları üçün idman klubu yaradılıb.
 
"Qaynarinfo" bakupost.az-a istinadən xəbər verir ki, klubun rəhbəri kikboksinq üzrə beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidovdur. O saytımıza açıqlamasında bildirib ki, klubun yaradılması barədə qərar bu ilin fevralın 26-da qərara gəlinib: "Xocalı soyqrımını anarkən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hörmətli millət vəkili Adil Əliyevlə belə bir qərar qəbul etdik. Və bir neçə peşəkarları dəvət etməklə işimizə başladıq”.

 
Qaynarinfo.Az