Maqazin 13:05 10.09.2014

Dünya gözəlləri Bakıda belə əyləndi - Fotosessiya

“Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsi üçün ölkəmizə təşrif buyuran dünyanın müxtəlif ölkələrindən gələn gözəllər yenidən bir araya gəliblər.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqə iştirakçıları onlar üçün təşkil edilən partidə iştirak ediblər. 

Həm oxuyub, həm rəqs edən gözəllər əyləncəli gün keçirdiklərini bildiriblər. 

Qeyd edək ki, “Miss Globe International” müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. 

Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi "Miss Globe İnternational” gözəllik müsabiqəsinin təşkilatçısı "Signs ART Adventure” şirkəti, baş sponsoru isə "Xəzər Adaları” ("Khazar İslands”) layihəsidir.

Fotolar Elxan Əliyevə məxsusdur.

Qaynar.info