Dünya 18:53 27.05.2013

Dünya İslam Birliyindən "Hizbullah"a sərt mesaj

Dünya İslam Birliyi Suriyada Əsəd qüvvələrinə dəstək verən "Hizbullah"ı qınayıb.

Mərkəzi Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Dünya İslam Birliyinin internet saytında verilən açıqlamada "Hizbullah"ın Humusun Kuseyr qəsəbəsində Əsədin tərəfində vuruşması qınanıb.

"Hizbullah"ın Suriyaya müqəddəs məzarları qorumaq üçün girdiyinə dair iddiasına toxunulan açıqlamada "Kseyrdə "Hizbullah"ın iddia etdiyi kimi qorunacaq müqəddəs məzar yoxdur" deyilib.

Açıqlamada "Hizbullah"ın Suriyada müqəddəs məzarları qoruduğuna dair iddiaların həqiqətdən uzaq olduğu və silahlıların Əsəd rejiminə dəstək vermək üçün orada olduğu bildirilib.

Dünya İslam Birliyi "Hizbullah"dan dərhal Suriyadan çəkilməyi tələb edib.

Qaynar.info