Foto 18:36 11.11.2018

Dünya liderləri Parisə toplaşdı (FOTOLAR)

Dünya ölkələri I Dünya Müharibəsinin yekunlaşmasının 100-cü ildönümü münasibətilə Fransanın paytaxtı Parisdə toplaşıb.

Qaynarinfo xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və digər ölkələrdən olan ümumilikdə 66 lider prezident Emmanuel Makronun dəvəti ilə  "Zəfər Tağı" tarixi tikilisinin ətrafında gerçəkləşən mərasimdə iştirak edib.

Qeyd edək ki, müharibə 1918-ci il 11 noyabr tarixində Fransada imzalanan atəşkəslə yekunlaşıb. I Dünya Müharibəsi 9 milyon əsgər və 6 milyon mülki vətəndaşın ölümünə səbəb olub.

Gülşən