Sağlamlıq 14:15 15.09.2018

Dünya Sağlamlıq Təşkilatıdan xərərdarlıq: Bu il 9,6 milyon insan bu səbəbdən öləcək

Dünya Sağlamlıq Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qlobal xərçəng xəstəliyi ilə bağlı hesabatını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda bu il təxminən 9,6 milyon insanın xərçəng xəstəliyi səbəbindən öləcəyi qeyd olunub.

Həmçinin bu il 18,1 milyon insanın xərçəngə yoluxacağı bildirilib. Araşdırmalara görə, dünyada bu il hər 8 kişidən və hər 11 qadından 1-i xərçəng səbəbindən dünyasını dəyişəcək. Hazırda dünyada son 5 illik müddətdə xərçəng diaqnozu qoyulan təxminən 43,8 milyon insan yaşayır.

Hesabatda xərçəngin getdikcə artmasının səbəbi kimi dünya əhalisinin sayının artması, yaşlılıqların məhvi, iqtisadi və sosial faktorlar göstərilib. Dünyada xərçəngə tutulanların 23,4 faizi və xərçəngdən ölənlərin 20,3 faizi Avropada, ən böyük qismi isə - 60 faizi Asiya qitəsinin payına düşür.

Hesabatda xərçəng xəstəliyinə tutulanların dünya əhalisinin 9 faizini təşkil etdiyinə diqqət çəkilib. Dünya əhalisinin 13,3 faizini təşkil edən Amerika qitəsində isə xərçəngə tutulanlar 21, bu səbəbdən ölümlər isə 14,4 faiz təşkil edir.

Xərçəngin növləri arasında ağciyər xərçənginin daha ölümcül olduğu, bunu qadınlarda döş xərçəngi və kolorektal xərçənginin izlədiyi bildirilib. Hesabatda tütündən istifadəyə qarşı kampaniyaların təşkili və insan papilloma virusuna qarşı tədbirlərin görülməsinin xərçəngə tutulma riskini azaldacağı qeyd olunur.

185 ölkədə aparılan araşdırmalar göstərib ki, hər 5 kişidən və hər 6 qadından 1-inin həyatı boyunca xərçəngə tutulacaq.