Maqazin 15:57 11.03.2015

Dünya şöhrətli ifaçı: "Mən azərbaycanlıyam"

"Mən britaniyalıyam, amma ingilis deyiləm, azərbaycanlıyam". Bu sözləri dünya şöhrətli ifaçı Sami Yusuf deyib.

Anspress-in məlumatına görə, 14-15 martda Bakıda konsert verməyə hazırlaşan müğənni bu gün mətbuat konfransı keçirib.

Sami Yusuf jurnalistlərlə görüşündə azərbaycanlı olmasını bir daha dilə gətirib: "Mən kim olduğumu bilirəm və mən buna görə sevinirəm. Ailəm, valideynlərim azərbaycanlıdırlar, müsəlmandırlar. Ənənəvi İslam siyasət deyil, həyat tərzidir, İslam hər bir insanın qəlbindədir”. 

O həmçinin bildirib ki, azərbaycanlı ifaçılardan Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətçiləri tanısa da, təəssüf ki, müasir müğənnilərin adlarını çəkə bilməyəcək. S.Yusuf buna baxmayaraq azərbaycanlı ifaçılarla, musiqiçilərlə əməkdaşlıq etmək istədiyini qeyd edib.

Qaynar.info